Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) əməkdaşlarının vaksinasiya olunmasına nəzarət üçün COVID-19 pasportları yoxlanılır.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.
Qeyd olunub ki, artıq AMEA əməkdaşlarının böyük əksəriyyəti vaksinasiyadan keçib.
Belə ki, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə ümumilikdə 1341 nəfər, Kimya Elmləri Bölməsi 1057 nəfər, Yer Elmləri Bölməsi üzrə 717 nəfər, Biologiya və Tibb Elmləri Bölməsi üzrə 1273 nəfər, Humanitar Elmlər Bölməsi üzrə 704 nəfər, İctimai Elmlər Bölməsi üzrə isə 840 nəfər COVID-19 əleyhinə 1-ci və ya hər iki doza vaksin olunub, immunitet sertifikatını əldə edib.
MÖVZU İLƏ BAĞLI:
Son sutkada peyvənd olunanların sayı AÇIQLANDI
Bununla yanaşı, AMEA Rəyasət Heyəti aparatında 243 nəfər, Rəyasət Heyətinin nəzdindəki təşkilatlar – Yüksək Texnologiyalar Parkında 31 nəfər, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində 72 nəfər, Mərkəzi Elmi Kitabxanada 188 nəfər, “Elm” Nəşriyyatında 28 nəfər, Təbiət Tarixi Muzeyində 18 nəfər, o cümlədən Azad Həmkarlar İttifaqında 9 nəfər koronavirus əleyhinə peyvənd olunub.
AMEA-nın Naxçıvan Bölməsində 215, Gəncə Bölməsində 160, regional elmi mərkəzlər üzrə – Şəki Regional Elmi Mərkəzdə 91, Lənkəran Regional Elmi Mərkəzdə 34 nəfər vaksinasiyadan keçib və ya immunitet sertifikatını alıb.
“AMEA-da əməkdaşlar arasında şəxsi gigiyena qaydalarına riayət etmək, sosial məsafəni gözləmək və tibbi maskadan istifadə etmək barədə maarifləndirmə işləri aparılır.
Bununla yanaşı, AMEA-ya gələn qonaqların da COVID-19 pasportlarının olmasına nəzarət edilir.
Həmçinin koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əməkdaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə mütəmadi olaraq tibbi-profilaktik və dezinfeksiya işləri də həyata keçirilir”, - AMEA-dan bildirilib.
Bizim.Media