Zənglərə cavab versəniz tələyə düşəcəksiniz - Telefonlarınızdakı İKİNCİ ADAM kimdir?

Zənglərə cavab versəniz tələyə düşəcəksiniz - Telefonlarınızdakı İKİNCİ ADAM kimdir?

Hazırda oxunan: Zənglərə cavab versəniz tələyə düşəcəksiniz - Telefonlarınızdakı İKİNCİ ADAM kimdir?

36829

Azərbaycanda yeni bir  Kiber təhlükənin yaranması barədə xəbərlər dolaşmaqdadır. İddiaya görə ölkə ərazisində "Man in the middle" və "Spoofing Caller ID" proqramlarından kiber hücum başlayıb.

Məlumata görə bu dünyada yetərincə məşhur olan  "Spoofing Caller ID" xaker hücum növüdür. 

Bu zaman nə baş verir?

Siz seçdiyiniz istənilən nömrədən başqasına zəng edə bilərsiniz. Misal üçün qeyd edək ki, bu zaman polisdən, bankdan sizin nömrəyə zəng gələ bilər, lakin xəttin başında isə cinayətkar ola bilər.

Bu metodla insanlar aldadılır və məlumatları ələ keçirilir. İşin pis tərəfi bu əlavə ilə səsi də dəyişmək olur. Proqram təminatı qlobal işləyir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan İKT mütəxəssisi Elvin Abbasov deyir ki, bu tip təhlükənin mövcudluğu hardasa 7-8 ildir var:
 

“Kompyuter və mobil tətbiqlər var ki, ora daxil olub, istənilən nömrəni qeydiyyat keçirərək  mesajlar yazırsınız. Bu kiber dələduzluqda istifadə olunur. Burada fərqli bir neçə sloqanlar olub. Hər bir haker öz tendensiyasını, trendini yaradır”.


 Bəs, bu tipli dələduzluqdan necə qorunmaq lazımdır? 

“Bunun üçün ilk növbədə öz işini maariflənmə görür. Məsələn sizə gələn tanımadığınız nömrələrdən və ya bank xidmətlərindən gələn  sms-lərə ciddi yanaşmamalısınız. Çünki müasir dövrdə bankların çoxu əməliyyatlarını mobil tətbiqlər üzərində həyata keçirir. Ona görə banklar, polis orqanları və digər rəsmi qurumlar bu tip smslər atmır”.

Ekspert həmçinin qeyd edib ki, sms-lər ən çox telefona hər hansı bir virual yerdə şifrə dəyişəndə və ya haradasa qeydiyyatdan keçəndə gəlir:  

“Əgər siz heç bir əməliyyat aparmırsızsa və birdən sizə hansısa şifrənin təsdiqlənməsi haqqında sms gəlirsə dərhal başa düşməlisiniz ki, artıq sizə kiber hücum var. Biz belə bir smslərin bizə nə zaman, hansı şəraitdə gələ biləcəyi haqqında məlumatlı olmalıyıq ki, təhlükəsizlik tədbirlərini vaxtında yerinə yetirək.
 

MÖVZU İLƏ BAĞLI: 

Bank kartlarından pullar necə OĞURLANIR? – Qorunmaq üçün BUNU edin - VİDEO


Bundan başqa telefona sms vasitəsilə gələn həqiq şifrə 2 dəqiqə müddətində aktiv olur. Ondan bu zaman ərzində istifadə etmədikdə o öz-özünə deaktiv olur.

Cəmiyyətdə bu tip maarifləndirmələr aparılmalıdır ki, bu cür məsələlərlə qarşılaşan insan bilgisiz olmasın”.

Ümumiyyətlə mütəxəssislərin fikrincə, bu cür halların qarşısını almaq üçün fərdlər gələn zəngin kim tərəfindən edilməsinə baxmayaraq, şəxsi məlumatlarını heç kimlə bölüşməməlidir. Ən yaxşısı isə ümumiyyətlə o zənglərə cavab verməyin.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO