Gədəbəy sakini polislər tərəfindən döyülüb? – DİN AYDINLIQ GƏTİRDİ 

Gədəbəy sakini polislər tərəfindən döyülüb? – DİN AYDINLIQ GƏTİRDİ 

Hazırda oxunan: Gədəbəy sakini polislər tərəfindən döyülüb? – DİN AYDINLIQ GƏTİRDİ 

36673

"Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Gədəbəy rayon sakini Namiq Tağıyevin Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir və böhtan xarakterlidir".

Bunu Bizim.Media-ya DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.

O qeyd edib ki, hadisə 2020-ci ilin oktyabr ayının 29-da baş verib:

"Həmin vaxt RPŞ-yə Cinayət Məcəlləsinin 322.1-ci (Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda) maddəsi ilə axtarışda olan Namiq Tağıyevin rayonun Plankənd kəndində olması barədə məlumat daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

14 yaşlı yeniyetmə beşbarmaqla döyüldü


Polis əməkdaşları dərhal həmin əraziyə gələrək Namiq Tağıyevin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində qanunamüvafiq tədbirlər görüb.

Lakin bu zaman axtarışda olan şəxs özünü yerə ataraq polis əməkdaşının qanunu tələblərinə tabe olmamaqla bərabər ona daşla müxtəlif xəsarətlər yetirib. Bütün bunlara baxmayaraq Namiq Tağıyev saxlanılaraq Polis Şöbəsinə gətirilib".

E.Qasımov deyib ki, rayon prokurorluğundan onun barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılaraq Gədəbəy rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə N. Tağıyev 4 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO