Bakıda bir cütlük 2 dəfə boşandı – EYNİ SƏBƏBƏ GÖRƏ 

Bakıda bir cütlük 2 dəfə boşandı – EYNİ SƏBƏBƏ GÖRƏ 

Hazırda oxunan: Bakıda bir cütlük 2 dəfə boşandı – EYNİ SƏBƏBƏ GÖRƏ 

36453

Bakıda 15 il evli olan cütlük boşandıqdan 6 ay sonra yenidən evlənib. 

Bizim.Media xəbər verir ki, cütlük 1 il sonra təkrar boşanıblar.

İradə Kamalova (şərti) və Xəlil Pənahov (şərti) Xətai rayon məhkəməsinə müraciət edərək bu ilin fevral ayında daxil olduqları nikaha məhkəmə tərəfindən xitam verilməsini istəyiblər. 

Məhkəmədə dindirilən İ. Kamalova 2006-cı ildə ailə qurduğu X. Pənahovla xasiyyətləri uyğunlaşmadığına görə ikinci dəfə boşanmaq istədiyini deyib: 

“Bizim 2007-ci və 2010-cu ildə övladlarımız dünyaya gəldi. Münasibətlərimizdə problem olduğu üçün 2019-cu ilin avqust ayında boşandıq. Həmin vaxt uşaqlar mənimlə qaldı. 2020-ci ilin fevral ayında övladlarıma görə Xəlillə barışdım.


Rəsmi olaraq yenidən nikaha daxil olduq. Lakin barışıq sonrası xasiyyətlərimizin hələ də uyğunlaşmadığını gördük və yenidən boşanmaq istəyirik”. 

Hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən məhkəmədə tərəflər arasındakı nikah təkrar pozulub və cütlük ikinci dəfə boşanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO