Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.
Bizim.Media-nın məlumatına görə, iclasda Bakı rayonu üzrə təşkilat sədrləri də seçilib.
Vüqar Seyidov yenidən Suraxanı rayon təşkilatının sədri, Namiq Əhmədov isə yenidən Xəzər rayon təşkilatının sədri vəzifəsinə təyin olunub.
MÖVZU İLƏ BAĞLI:
Ramiz Göyüşov YAP-dan QOVULDU
İdarə Heyətinin qərarına əsasən, Səbail rayon təşkilatının sədrliyinə Nağıyev Muxtar Teymur oğlu, Nəsimi rayon təşkilatının sədrliyinə Süleymanov Azər Abdul oğlu, Yasamal rayon təşkilatının sədrliyinə Nəbiyev Bəxtiyar Eyvaz oğlu, Nərimanov rayon təşkilatının sədrliyinə Vəliyev Samir Əhməd oğlu, Xətai rayon təşkilatının sədrliyinə Rəhimzadə Vüqar Gəncəli oğlu, Nizami rayon təşkilatının sədrliyinə Vəlibəyov Ramil Vaqif oğlu, Binəqədi rayon təşkilatının sədrliyinə İsmayılov Vüsar Qəşəm oğlu, Sabunçu rayon təşkilatının sədrliyinə Vəliyev Misirxan İzzət oğlu, Qaradağ rayon təşkilatının sədrliyinə Əliyev Qafar Məmməd oğlu və Pirallahı rayon təşkilatının sədrliyinə isə Abasov Emil Tofiq oğlu təsdiqlənib.
Bizim.Media