Dərslərin əyani forması məcburidir – RƏSMİ AÇIQLAMA - ÖZƏL

Dərslərin əyani forması məcburidir – RƏSMİ AÇIQLAMA - ÖZƏL

Hazırda oxunan: Dərslərin əyani forması məcburidir – RƏSMİ AÇIQLAMA - ÖZƏL

36247

“Bu ilki tədris ilində orta məktəblərdə dərslərə əyani formada qatılmaq məcburi olacaq”.

Bu barədə Bizim.Media-ya açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, yeni tədris ilində valideynlərə övladlarını dərslərdən saxlamaq, bunun üçün iltizam sənədi yazmaq hüququ verilmir. Yəni, davamiyyətdə könüllülük prinsipi yığışdırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ənənəvi təhsilə QƏRAR VERİLDİ - Emin Əmrullayev  


Dərslərə davamiyyətin əyani forması Operativ Qərargahın pandemik vəziyyətlə bağlı verə biləcəyi növbəti qərarına qədər qüvvədədir. 

Xatırladaq ki, ötən tədris ilində koronavirusla bağlı olaraq övladını məktəbə göndərmək istəməyən valideynlərə belə bir hüquq verilmişdi.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, evdə koronavirus xəstəsi olan valideyn iltizam məktubu yazaraq övladını məktəbə göndərməyə bilər. 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO