Tərtər icra başçısının kənddən qovulması ilə bağlı RƏSMİ AÇIQLAMA 

Tərtər icra başçısının kənddən qovulması ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Tərtər icra başçısının kənddən qovulması ilə bağlı RƏSMİ AÇIQLAMA 

36240

Xəbər verdiyimiz kimi Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla vətəndaşlar arasında baş verən gərginliklə bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb. 

Hadisə rayonun Seydimli kəndində baş verib. İcra başçısı ilə görüş zamanı kənd sakinləri Vətən müharibəsi zamanı onların evlərinə dəymiş ziyanın ödənilməməsinə görə etiraz ediblər.

Bundan əlavə, M. Məmmədovun onun videosunu çəkən vətəndaşlara polis vasitəsilə təzyiq etdiyi iddia edilir. 

Tərtər Rayon İcra Hakimiyyəti sözügedən gərginliklə bağlı Bizim.Media-nın sorğusunu cavablandırıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Tərtər sakinləri görüşə gələn icra başçısını niyə QOVDULAR? - VİDEO 


“Bildiririk ki, Tərtər rayonunun Seydimli kəndi rayonun ən az atəşə məruz qalmış yaşayış məntəqələrindəndir. Vətən müharibəsi zamanı kəndə çox az sayda mərmi düşüb və 75 ev icra nümayəndəliyi tərəfindən vətəndaşların müraciətləri əsasında qeydiyyata alınıb.

İşçi qrupu tərəfindən onların evinə baxış keçirilib. Baxış keçirilərkən həmin evlərdən 23 ev qənaətbəxş hesab olunub. Etiraz edən vətəndaşların yaşadıqları əraziyə mərmi düşmədiyi üçün onların evləri qeydiyyata alınmayıb və işçi qrupu tərəfindən baxış keçirilməyib”.

İcra Hakimiytindən bildirilib ki, Vətən müharibəsində evlərinə ziyan dəyən vətəndaşlara kompensasiya və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən hər ailəyə 1000 manat maddi köməklik edildiyini eşidən vətəndaşlar onlara da dövlət tərəfindən kompensasiya və Qızıl Xaç Komitəsi tərəfindən yardım verilməsini tələb ediblər:
 

“Sentybarın 6-da Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Anar Əliyev, başçının birinci müavini Ramiz Şabanov və rayonun baş memarı Tofiq Kərimovla birlikdə Seydimli kəndində vətən müharibəsində ziyan dəymiş evlərə keçirilən baxışdan narazı qalan vətəndaşları qəbul edib.


Onlara müvafiq izahat verilsə də vətəndaşlar arasında başçının işgüzar fəaliyyətinə kölgə salmağa çalışan bir qrup təxribatçı ünsürün apardığı təbliğat nəticəsində onlar razı qalmayıb.

Əksinə israrla dövlət tərəfindən onların da hər birinə kompensasiya verilməsini Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən ailələrinə 1000 manat yardım edilməsini tələb ediblər. Odur ki, sakinlərin tələbi əsassızdır”, deyə məlumatda qeyd olunub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO