18 yeni ali tibb ixtisası üzrə imtahanlar belə keçiriləcək – NAZİRLİK QAYDALARI AÇIQLADI

18 yeni ali tibb ixtisası üzrə imtahanlar belə keçiriləcək – NAZİRLİK QAYDALARI AÇIQLADI

Hazırda oxunan: 18 yeni ali tibb ixtisası üzrə imtahanlar belə keçiriləcək – NAZİRLİK QAYDALARI AÇIQLADI

36197

Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasında yeni 18 ali tibb ixtisas üzrə imtahanlarının keçirilməsi üçün hazırlıq gedir.

Bizim.Media xəbər verir ki, ali təhsil pilləsində (baza ali) tibb təhsilini bitirən (yanı internatura və ya rezidenturası olmayan) şəxslərin üçün müvafiq olaraq müalicə işi (tibb), pediatriya (baza), tibbi profilaktika (ictimai səhiyyə) və stomatologiya (baza) ixtisaslar üzrə imtahanların keçirilməsi planlaşdırılır.

Sertifikasiya Komissiyasında daha bir yeniliyə əsasən, şüa diaqnostikası ixtisası üzrə keçirilən imtahanlarında dəyişiklik olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Rezidenturaya qəbulun II mərhələsi üçün qeydiyyat başladı


Belə ki, şüa diaqnostikası üzrə həkimlərin fərqli cihazlarda çalışdıqlarını nəzərə alaraq, həmin həkimlərin imtahanları fərqli formatda keçiriləcək. İmtahanda verilən sualların əsas hissisə çalışdığı cihaz üzrə, dəyər suallar isə ümumi şüa diaqnostikası ixtisası üzrə olacaq.

Sertifikasiya Komissiyasında imtahana hazırlıq təlimləri və sınaq imtahanları keçirilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarında edilən dəyişikliyə görə rezidentura səviyyəsi üzrə 18 yeni ali tibb ixtisası əlavə olunub. Həmin ixtisaslar aşağıdakılardır.

1. Ailə təbabəti

2. Nüvə təbabəti

3. Endodontiya

4. Parodontologiya

5. Restorativ stomatologiya

6. Ortopedik stomatologiya

7. Uşaq stomatologiyası

8. Ortodontiya

9. Uşaq və yeniyetmə psixiatriyası

10. Neonatologiya

11. Uşaq endokrinologiyası

12. Uşaq kardiologiyası

13. Uşaq nefrologiyası

14. Uşaq nevrologiyası

15. Uşaq qastroenterologiyası

16. Uşaq urologiyası

17. Uşaq yoluxucu xəstəliklər

18. Uşaq ürək-damar cərrahiyyəsi

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO