\

\"Vaksin olunmayan müəllimlər məktəblərə buraxılmayacaq\" - Təhsil Nazirliyi

Hazırda oxunan: \"Vaksin olunmayan müəllimlər məktəblərə buraxılmayacaq\" - Təhsil Nazirliyi

36174

Vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb:

“Hazırda təhsil işçilərinin 80 faizdən çoxu COVID-19 əleyhinə vaksinasiyadan keçib. Bununla belə yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulması vacib məsələdir. Vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək". 
 

MÖVZU İLƏ BAĞLI:

Ənənəvi təhsilə QƏRAR VERİLDİ - Emin Əmrullayev  


Bildirilib ki, bütün təhsil müəssisələrində çalışan işçilər özlərinin və ətrafdakıların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak etməlidirlər:

“Həmçinin vaksin əleyhinə əks göstəriş arayışı təqdim edən təhsil işçiləri rəsmi qaydada “Əks göstəriş sertifikatı”nı təqdim etməlidirlər. Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO