Uşaqlı xanımlara iş yerlərində hansı güzəştlər olunmalıdır?  – QANUN 

Uşaqlı xanımlara iş yerlərində hansı güzəştlər olunmalıdır?  – QANUN 

Hazırda oxunan: Uşaqlı xanımlara iş yerlərində hansı güzəştlər olunmalıdır?  – QANUN 

36147

Uşaqlı qadınlar üçün əmək fəaliyyəti ilə məşğul olmaq heç də asan deyil. Xüsusilə də uşaqlar kiçik yaşda olduğu vaxtlarda.

Bəs Azərbaycanda uşaqlı xanımlar üçün iş yerlərində hansı imtiyaz və güzəştlər nəzərdə tutulur?
 

MÖVZU İLƏ BAĞLI: 

Azərbaycanda ata və analara əlavə məzuniyyət veriləcək - VİDEO


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Bizim.Media-ya açıqlamasında Əmək Məcəlləsində nəzərdə tutulan imtiyazlardan danışıb:
 

 “Uşaq 3 yaşına çatana qədər ana ödənişli sosial məzuniyyət hüququndan istifadə edə bilər. Bu zaman onun iş yeri saxlanılır. Əgər həmin müddət ərzində işləməyə üstünlük verərsə, körpə uşağı yedizdirməyə görə ona fasilə verilməlidir. Ana bu fasiləni iş saatında da götürə bilər, işin sonunda da götürüb, daha tez evə gedə bilər”.


Sahib Məmmədov bildirib ki, qadının himayəsində 14 yaşına çatmamış iki uşaq və ya əlilliyi olan uşaq varsa, bu zaman ona əlavə məzuniyyət hüququ da verilməlidir: “Kollektiv müqavilələrdə başqa hüquqlar da nəzərdə tutula bilər”.Sahib Məmmədov onu da qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulmasına baxmayaraq, təcrübədə çox az iş yerləri var ki, qadınlar güzəşt və imtiyazlardan istifadə edə bilir:
 

“Adətən xanımlar qismən ödənişli məzuniyyət hüququndan istifadə edə bilirlər. O da əgər əmək müqaviləsi ilə işləyirlərsə. Qeyri-formal işləyənlər isə hüquq və imtiyazlardan istifadə edə bilmirlər”.

 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO