Sabirabadda ana, oğlu və qızı BIÇAQLANDI

Sabirabadda ana, oğlu və qızı BIÇAQLANDI

Hazırda oxunan: Sabirabadda ana, oğlu və qızı BIÇAQLANDI

36002

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb.

1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilalə Əlifağa qızı çoxsaylı bıçaq xəsarətləri alıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qadın qaynı tərəfindən bıçaqlandı


Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. İ.Zərbəliyev əməliyyat edilib. Əməliyyatdan sonra vəziyyəti ağır olan yaralı Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Hadisəni törətməkdə rayonun Məmişər kənd sakini, G.Zərbəliyevanın həyat yoldaşı, 1987-ci il təvəllüdlü Ramil Tarverdiyev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır. ("Report")

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO