Azərbaycan və Türkiyə narkotikə qarşı birgə mübarizə aparacaq - ƏTRAFLI 

Azərbaycan və Türkiyə narkotikə qarşı birgə mübarizə aparacaq - ƏTRAFLI 

Hazırda oxunan: Azərbaycan və Türkiyə narkotikə qarşı birgə mübarizə aparacaq - ƏTRAFLI 

35964

Azərbaycan və Türkiyə arasında əlaqələrin səmərəli təşkil edilməsi üçün birgə işçi qrupun yaradılması, mövcud və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. 

Bizim.Media bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.Belə ki, bu gün hər iki ölkənin gömrük rəsmiləri arasında görüş keçirilib.

Görüşdə DGK-nın Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov, Gömrük Hüquq Mühafizə Baş İdarəsinin rəisi Murat Yaman, digər səlahiyyətli şəxslər iştirak ediblər.

Görüş zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin intensivləşdirilməsi, əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində razılıq əldə olunub, birgə əməkdaşlığın həyata keçirilməsi məqsədilə hər iki tərəfdən səlahiyyətli şəxslər təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO