Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nəzdində yeni Psixoloji-tibbi-pedaqoji komissiya yaradılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı idarənin müdiri Mehriban Vəliyeva müvafiq əmr imzalayıb.
Əmrə əsasən, komissiya sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilə cəlb olunması işinin günün tələbləri səviyyəsində qurulmasına, onların yaşayış yerlərinə daha yaxın olmasına, səmərəliliyinin artırılmasına, həmçinin bu sahədə işin keyfiyyət göstəricilərində müsbət dinamikaya nail olmaq üçün yaradılıb.
Əmrə görə, BŞTİ nəzdində 3 saylı Psixoloji-tibbi-pedaqoji komissiya yaradılıb. Komissiyanın tərkibi də müəyyənləşib.
Belə ki, Məktəb Lisey Kompleksinin psixoloqu Aygün Cəfərova komissiyanın sədri təyin edilib. Sədrə müavin və üzvlər də müəyyən edilib.
Əmrin icrasına nəzarəti M.Vəliyeva özü edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:47 / 07.09.2021
Bakıda yeni Psixoloji-tibbi-pedaqoji komissiya yaradılıb
Hazırda oxunan: Bakıda yeni Psixoloji-tibbi-pedaqoji komissiya yaradılıb
Hazırda oxunan: Bakıda yeni Psixoloji-tibbi-pedaqoji komissiya yaradılıb
35941
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.