“Ali təhsil ocaqlarında təhsil alan bütün tələbələr vaksinasiyadan keçməlidir. Bu, müəllimlərə də aiddir”.
Bizim.Media xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı keçirdiyi brifinqdə deyib. Nazir bildirib ki, ənənvi təhsilin davamı üçün bu vacibdir:
MÖVZU İLƏ BAĞLI:
Təhsil işçilərin 80 faizi PEYVƏNDLƏNİB - NAZİR
“Biz vaksin olunmağa məcbur etmirik. Xahiş edirəm düzgün başa düşəsiz. Sadəcə məsuliyyətin artırlmasına əsaslanaraq, sağlamlığımızı nəzərə almalıyıq. Peyvənd olunmayan tələbələrə güzəşt edilməyəcək”.
Qeyd edək ki, yeni tədris ilinin başlanmasına bir həftə vaxt qalıb.
Alçina Amilqızı, Bizim.Media