Ötən tədris ilində nələri İTİRDİK və QAZANDIQ? 

Ötən tədris ilində nələri İTİRDİK və QAZANDIQ? 

Hazırda oxunan: Ötən tədris ilində nələri İTİRDİK və QAZANDIQ? 

35897

Pandemiya bütün dünyada olduğu kimi Azərbaycanda da ənənəvi şəraitdən tam fərqli bir situasiya yaratdı və təhsilə də təsirsiz ötüşmədi. Ötən tədris ilinin böyük bir hissəsi fərqli formatda həyata keçdi və yan təsirlərini göstərmiş oldu. 

Bəs, Azərbaycan təhsili ilə bağlı itkilərimiz və qazanclarımız nə oldu?

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Bizim.Media-ya açıqlamasında deyib ki, pandemiyanın təhsilin keyfiyyətinə vurduğu mənfi və müsbət tərəflərindən danışıb.

O, deyib ki, birmənalı olaraq pandemiya təhsilinin keyfiyyətinə mənfi təsirlərlə yadda qaldı:
 

MÖVZU İLƏ BAĞLI:

Oxuyub yazma bilməyənlər XI sinifi bitirib - DİM kimi ittiham edir? 


“Ötən tədris ili xeyli çətin və gərgin şəkildə keçdi. Pandemiyanın təsirləri və bütün növ təhsil müəssisələrinin tədrislərini fərqli formatda davam etdirmələri xeyli çətinliklərlə özünü göstərmiş oldu. Nə qədər çalışsaq da distantın ənənəvi təhsildən geri qalması şübhəsizdir.

Tədris ilinin böyük bir hissəsi məhz bu şəraitdə keçdi. Üstəlik paralel olaraq 44 günlük Vətən müharibəsi də müəyyən qədər təhsilə öz təsirlərini göstərdi. Orta məktəblərin xeyli hissəsi məhz müharibə şəraiti ilə bağlı cəbhəyanı bölgələrdə yerləşdiyi üçün təhsilsiz mühiti ilə üz-üzə qaldılar.

Təhsil müəssisələri distant formada belə tədrislərini davam etdirə bilmədilər. Çünki ölkədə internetlə bağlı problemlər var idi. Bu mənada pandemiya və müharibənin bütövlükdə təhsilimizə ciddi təsirlərini danmaq olmaz”.

İlqar Orucov bütün çətinliklərə baxmayaraq Təhsil Nazirliyinin bütün alternativ variantları işə saldığını qeyd edib:
 

“Yəni tamamilə təhsilsiz mühitinə yuvarlanmadıq. Təsadüfi deyil ki, həm buraxılış, həm də qəbul imtahanlarında da bu, özünü göstərdi. Hesab edirəm ki, pandemiya dövründə Azərbaycan təhsili nə qədər gərginliklərlə üzləşsə belə yeni vərdişlər və yanaşmalar ortaya qoya bildi. Müəllimlərin və təhsilalanların empati bacarıqları yüksəldi.


Ötən tədris ilində şagirdlərimiz artıq yeni alətlərlə sərbəst işləməyi öyrəndilər. Pedaqoqlar fəaliyyətlərini yeni şərtlərlə davam etdirdilər”. 

Ekspertin fikrincə, post pandemiya üçün bu resurslar bizə imkan verəcək ki, ölkəmizdə təhsilin həmin formada inkişaf etdirilməsi və resursları daha səmərəli keyfiyyətdə işə salınması istiqamətində düşünək:

“Bu sistem ilkin bacarıqları diktə edərək, bizə vərdişə imkan verdi. Pandemiya dövrünün təhsilinin mənfi və neqativ təsirlərindən danışırıqsa, təbii ki, bunun pozitiv tərəfləri də var. Nə qədər zərərli təhsil yadda qaldısa, xeyirli nüansları da unutmamalıyıq”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO