Məktəblər açılsa, pandemik durum ağırlaşacaqmı? – Baş pediatrdan CAVAB - ÖZƏL

Məktəblər açılsa, pandemik durum ağırlaşacaqmı? – Baş pediatrdan CAVAB - ÖZƏL

Hazırda oxunan: Məktəblər açılsa, pandemik durum ağırlaşacaqmı? – Baş pediatrdan CAVAB - ÖZƏL

35882

Bu gün yeni tədris ilinin təşkili ilə bağlı qərar veriləcək.

Bununla bağlı saat 14:00-da təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçiriləcək.

Tədrisin ənənəvi formada başlanılması arzuedilən olsa da, mövcud pandemik vəziyyət bir sıra sualların yaranmasına səbəb olur. Əyani tədris bərpa olunarsa, bu pandemik durumun daha da ağırlaşmasına şərait yarada bilərmi?

Yoxsa bu kütləvi imunitetin daha tez formalaşmasına gətirib çıxaracaq?
 

MÖVZU İLƏ BAĞLI:

QƏRAR VERİLDİ: Azərbaycanda məktəblər bu tarixdə açılacaq 


Baş Pediatr Erkin Rəhimov Bizim.Media-ya açıqlamasında bildirib ki, uşaqlar koronavirus daşıyıcısı olurlar: 

“Amma böyüklərə nisbətən onların daha az daşıma ehtimalları var. Bununla bağlı fərqli elmi tədqiqatlar var. Bəzi tədqiqatlara görə, uşaqlarda daşıyıcılıq ehtimalı 50 faizə qədər azdır. Məktəbin açılması ilə bağlı ayrı-ayrı ölkələrdə fərqli yanaşmalar var.
 

Bəzi ölkələrdə kütləvi imunitetin yaranması baxımından ənənəvi tədrisin bərpasının tərəfdarıdırlar. Həm də əhalinin daha çox peyvənd olunduğu ölkələrdə bu məqsədəuyğun görülür. Peyvəndləmənin 70-80 faizə çatmadığı ölkələrdə isə bəlkə də təhlükəli ola bilər”.


Erkin Rəhimov qeyd edib ki, tədqiqatlara görə, dərslərin keçirilməsi uyğun şərtlərlə aparılarsa – uşaqlar arasında məsafə, maska, əl təmizliyi, dərslərin mümkün qədər açıq havada keçirilməsi təmin olarsa, risk azalar: “Amma sualın birmənalı cavabı yoxdur”.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO