Qızının qəbrinə çiçək aparınca... – Öldürülən qızlara İTHAF

Qızının qəbrinə çiçək aparınca... – Öldürülən qızlara İTHAF

Hazırda oxunan: Qızının qəbrinə çiçək aparınca... – Öldürülən qızlara İTHAF

35558

Hər bir ana qızını ağ duvaqda ata yurdundan çıxarıb, ər evinə yola salmaq istəyir. Biz elə bir cəmiyyətdə yaşayırıq ki, bizdə analar qızının evdə qaldığını dərd edir, onun savadsızlığına heç əhəmiyyət vermir. Heç eşitmisiz, hansısa ana oturub qızının təhsil almamasını dərd etsin?

Əlbəttə ki, buna çox nadir hallarda rast gələ bilərsiniz. Ancaq yaşı 22-dən keçdikdən sonra qızına “qartımış qız” gözü ilə baxan o qədər ana var ki...
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda dəhşətli hadisə: Ana və 3 yaşlı övladı öldü - FOTO


Ana müqəddəsdir, ana əzizdir. Bu tarix boyu sübuta ehtiyacı olmayan aksiomadır. Viktor Hüqo “Səfillər” əsərində də qeyd edir:

“Müqəddəs olmaq- müstəsna bir şeydir: ədalətli olmaq isə qaydadır”. Bu dünyada qadın doğuldudan sonra ana olmaq asandır, ancaq ədalətli insan isə ömrü boyu ola bilməzsən.
 

Analar da var ki, öz qızlarını əlləri ilə məzara qoyub, onu öz səbr kasasında boğmağa vadar edir.


Dünən qətlə yetirilən ana və körpəsi. Burada düşüncəmin ən dərin yerində bir sual özünü üzə işığa doğru dürtüşdürür. Beynimin hər qırışında bu barədə nidalar ən dərin xatiələrimi belə silib aparmağa hazırdır. Aytənin anasının verdiyi müsahibəyə baxanda dəhşətli çığlıqlar atmaqdan başqa fikrimdən heç nə keçmir.  Bu oyunda bir qurban və minlərlə oyunçu var.

Məsələnin içindəki günahkarlar kompyuter oyununda olduğu kimi durmadan artır. Mənim gözümdə Aytənin ərinin, qaynanası və qaynatası qədər onun anası da müqəssirdir.

Sitat: Qızımı hamilə-hamilə qayışla döyürdülər, ac saxlayırdılar, bizə buraxmırdılar, atası öləndə ağlamağa qoymurdular, bir dəri, bir sümük qalmışdı, dedim, qızım, hər ailədə söz-söhbət olar. Səbr elə.

Necə yani səbr et? Bəlkə səbr etməyi dayandıraq? Bəlkə qızlarımız çarəsizlikdən ümidsiz qalanda onlara qucaq açaq. Bəlkə onların dərdlərini dinləyib, birlikdə çıxış yolu axtaraq. Yetər ki, susmayaq.
 

Yetər ki, zəif vücudları ilə köməksiz qaldıqları zamanlar bizə möhtac olduqları kimi həyatlarının müstəqil anlarında da bizi köməyə çağıranda qaça-qaça yanlarına gedək.


Gəlin, qızlarımızın dərdlərini, iztirablarını bilə-bilə əllərimizlə basdırıb, boğazlarında boğmayaq.

İki-üç “dılğır” qohum, qonşu nə deyər fikrinə düşüb övladınızı qurban verməyin.

Qızının qəbrinə çiçək aparınca, sağlığında ona ürək ver, dilək ver, dirək ol, ana! Əgər sənə ana demək olarsa...

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO