Quba rayonunun ucqar dağ kəndinin şəhid Əfqan Vəliyev adına Rustov kənd orta məktəbinin bu ilki məzunu Rəvan Sultanov 4-cü qrupda ən yüksək 400 bal toplayaraq Azərbaycan Tibb Universitetinin tibb fakültəsinə qəbul olub.
Respublika üzrə 4-cü qrupda 400 bal toplayan iki nəfərdən biri olan Rəvan buraxılış imtahanında da 280,4 balla yüksək nəticə əldə edib.
Qubalı məzun tibb fakültəsində ingilis dilində təhsil alacaq.
Rəvan sevincini Bizim.Media ilə bölüşüb:
"Bu ixtisasa qəbul olunduğumu biləndə çox sevindim, çünki mən gələcəkdə təhsilimi xaricdə davam etdirmək istəyirəm,ona görə ingilis dilində tədrisin daha xeyirli olacağını düşündüm və bu ixtisası seçdim. Çox sevinirəm ki, illərdir çəkdiyim zəhmət və əziyyətin bəhrəsini gördüm".
Orta məktəbi xüsusi nümunəli attestatla bitirdiyinə görə Təhsil Nazirliyinin qızıl nişanına layiq görülən Rəvan Sultanovun arzusu həkim-cərrah olmaqdır.
Deyir ki,"əvvəllər hərbi həkim olmaq istəyirdim. Elə bilirdim ki, müharibədə əsgərə yardımı yalnız hərbi həkim edə bilər. Amma 44 günlük tarixi müharibəmizdə gördüm ki,Vətənin dar günündə bütün həkimlərə ehtiyac var".
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:27 / 04.09.2021
Qubalı məzun ingilis dilində təhsil alacaq – DETALLARI özü açıqladı - FOTO
Hazırda oxunan: Qubalı məzun ingilis dilində təhsil alacaq – DETALLARI özü açıqladı - FOTO
Hazırda oxunan: Qubalı məzun ingilis dilində təhsil alacaq – DETALLARI özü açıqladı - FOTO
35544
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.