"Azpetrol"un Fərhad və Rafiq Əliyevlərə qaytarılması xəbəri yalan çıxdı

Hazırda oxunan: "Azpetrol"un Fərhad və Rafiq Əliyevlərə qaytarılması xəbəri yalan çıxdı

35472
Dünən  mətbuatda  həbsdən yenicə çıxmış,keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyevin  vaxtilə əllərindən alınmış bəzi obyektlərinin qaytarılması haqda məlumat yayılıb.  Məlumatda bildirilir ki, “Azpetrol” Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin şirkətdə olan payları bərpa edilib. Yada salaq ki, “Bank of Baku”nun səhmdarlarından olan R.Əliyevin həbsindən sonra bankın digər səhmdarları gəlir dividentlərindən məhrum olmuşdular. R.Əliyevin azadlığa çıxması ilə gəlir dividentləri də aktivləşib. Avropa.info ilə əlaqə saxlayan Fərhad və Rafiq Əliyev qardaşlarının vaxtilə onlara görə,həbsə  düşən qohumlarından biri yayılan informasiyanı  təkzib edib. Onun dediyinə görə, Fərhad və Rafiq Əliyevlər  həbs olunandan sonra bir neçə il  qardaşlara məxsus obyektlərin  əllərindən alınması prosesi gedib."Lakin  son 3 ildə bu proses dayandı. Nəticədə Fərhad  və Rafiq Əliyevlərin  böyük biznes  imperiaları əllərindən çıxsa da, müəyyən obyektlərə toxunulmadı. İndi qardaşların əvvəlki kimi olmasa da, hər halda müəyyən biznes strukturları var. Amma  “Azpetrol” Şirkətlər Qrupunda  Rafiq Əliyevin  paylarının bərpa edlməsi ilə bağlı məlumatlar doğru deyil. Heç inanmıram ki, gələcəkdə də Rafiq Əliyev "Azpetrol"a yaxın buraxılsın."  Əliyev qardaşlarının qohumu  Rafiq Əliyevin “Bank of Baku”-dakı  səhmləri məsələsinə də toxunub."Rafiq Əliyev həbs olunanda onun   “Bank of Baku”-dakı səhmləri əlindən alınmamışdı. Lakin R. Əliyevin həbsdən çıxması ilə gəlir dividentlərinin aktivləşməsi xəbəri də  doğru deyil. Hələlik bu yöndə hər hansısa yenilik yoxdur. Amma  mümkündür ki, bu baş versin."

Moderator.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO