Ərzaq təhlükəsizliyi qaydaları sərtləşdirilir – Hansı CƏZALAR OLACAQ? 

Ərzaq təhlükəsizliyi qaydaları sərtləşdirilir – Hansı CƏZALAR OLACAQ? 

Hazırda oxunan: Ərzaq təhlükəsizliyi qaydaları sərtləşdirilir – Hansı CƏZALAR OLACAQ? 

35430

Azərbaycanda həm yerli, həm də idxal olunan qida məhsulları ilə bağlı istehlakçı narazılıqları vaxtaşırı gündəmə gəlir.

Ölkəmizdə ərzaqların keyfiyyətinə nəzarətlə bağlı qanunvericiliyin sərtləşdirilməsi məsələsi çoxdan gündəmə gəlib.

Artıq bu istiqamətdə addımların atılacağı gözlənilir. Belə ki, Azərbaycanda “Qida Təhlükəsizliyi haqqında” yeni qanun layihəsi hazırlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bu il Azərbaycan iqtisadiyyatına 7,5 milyard investiya qoyulub - DETALLAR


Qanun layihəsində Azərbaycana idxal olunan və daxildə istehsal olunan qida məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsi məsələləri və bu sahədə yeni qaydaların tətbiqi nəzərdə tutulur.

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev Bizim.Media-ya açqlamasında bildirib ki, yeni qanun layihəsi payız sessiyasında müzakirəyə çıxarılacaq:
 

“Sənədin bünövrəsində insanların keyfiyyətli qidalarla qidalanması, həmin qidaların tərkibinin müəyyənləşdirilməsi, reseptlərin tətbiq olunması dayanır”.


Millət vəkili bildirib ki, layihədə ərzaq məhsulları ilə bağlı müəyyən standartların tətbiqi nəzərdə tutulur: 

“Eləcə də müasir texnologiyalar tətbiq etməklə keyfiyyətli ərzaq istehsalı məsələsi də var. Mütəxəssislərin bildirdiyinə görə, dünyada bir ildə 4,1 milyard ton qida məhsulu istehsal olunur, onun 1,8 milyard tonu keyfiyyətsiz kimi çıxdaş olunur. Görün, texnoloji proseslərə əməl edilməməsi nə qədər itgiyə yol açır. Axı bu puldur, vəsaitdir. Mütləq istehsalda müasir texnoloji proseslər nəzərdə tutulmalıdır”.

Millət vəkili bildirib ki, sənəddə müxtəlif qidaların orqanizmə faydaları, onların necə qəbul edilməsi ilə bağlı maarifləndirmə işlərinin təşkil edilməsi də əksini tapıb.


Bəs, idxal məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı layihədə müddəalar varmı?

“Söhbət qida təhlükəsizliyindən gedirsə, deməli bu tək daxili deyil, bəşəri prosesdir. Bizim bir çox xarici ölkələrlə ticarət əlaqələrimiz var. Necə ola bilər ki, onlardan təhlükəli, səhhətimizə ziyanlı məhsullar alaq və ya biz onlara göndərək”, – deyə millət vəkili fikrini tamamalayıb.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO