ABŞ səfiri daha çox aktivist və jurnalistin azad ediləcəyinə ümidlidir

ABŞ səfiri daha çox aktivist və jurnalistin azad ediləcəyinə ümidlidir

Hazırda oxunan: ABŞ səfiri daha çox aktivist və jurnalistin azad ediləcəyinə ümidlidir

35395
ABŞ-ın Azərbaycandakı səfirliyi sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin əfvi ilə bağlı bəyanat yayıb.
Bu barədə səfirliyin saytında deyilir:
"Biz Fərhad və Rafiq Əliyevlərin əfvi və azadlığa buraxılmasından məmnun olduq. Ümid edirik ki, Azərbaycan hakimiyyəti daha böyük siyasi meydan yaratmaq üçün daha çox aktivist və jurnalist azad edəcək."
Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyev prezident İlham Əliyevin  oktyabrın 14-də imzaladığı növbəti əfv fərmanı ilə azad ediliblər.
Əfv olunacağı haqqında çox söhbət gedən keçmiş AXCP üzvü Daşqın Məlikovun adı isə əfv siyahısına daxil edilməyib.
İnsan Hüquqları Klubu  Azərbaycanda 140 siyasi məhbusun olduğunu deyir.
Siyasi məhbus arasında 10 jurnalist və blogerin - Fərəməz Allahverdiyev, Sərdar Əlibəyli, Nicat Əliyev, Pərviz Həşimli, Fuad Hüseynov, Araz Quliyev, Hilal Məmmədov, Rəşad Ramazanov (Ağaiddin), Tofiq Yaqublu (Müsavat Partiyasının sədr müavini və eyni zamanda "Yeni Müsavat" qəzetinin əməkdaşı) və Əvəz Zeynallı da var. Daha sonra iki hüquq müdafiəçisi (İlham Əmiraslanov və Bəxtiyar Məmmədov), 11 gənc fəal, o cümlədən NİDA hərəkatının 7 üzvü gəlir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO