Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi (MEDİA) zaman keçdikcə hər dəfə daha bir ilkə imza atır. Agentliyin yarandığı qısa vaxt içində həyata keçirdiyi layihələr ölkəmizin media və informasiya siyasətində yenidir, təqdirəlayiqdir və dediklərimizə əyani sübutdur.
Bizim.Media xəbər verir ki, bu layihələrdən biri də 2 ay müddətində davam edəcək “MEDİA könüllüləri” Proqramıdır.
Könüllülük fəaliyətini uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş könüllülər Proqramın sonunda Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi tərəfindən sertifikatla təltif olunacaqlar.
Müraciət üçün son qeydiyyat tarixi 5 sentyabrdır.
Media könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər //media.gov.az/volunteer linkinə daxil olaraq qeydiyyatdan keçməlidir (Əlavə suallar üçün: [email protected]).
Bizim.Media