Məktəblərdə koronavirusdan qorunmaq üçün QIZIL QAYDALAR

Məktəblərdə koronavirusdan qorunmaq üçün QIZIL QAYDALAR

Hazırda oxunan: Məktəblərdə koronavirusdan qorunmaq üçün QIZIL QAYDALAR

35311

Məktəblərin açılacağı ilə bağlı məlumatlar bir çoxlarını maraqlandırır. Bu müddətdə valideynlərin və təhsil işçilərinin koronavirusdan və "Delta" variantı ilə bağlı narahatlıqları artıb.

Mütəxəssislər bildirirlər ki, qorunma tədbirləri sırasında vaksinasiya əsas yer tutmasına baxmayaraq, gigiyena, maska və məsafə qaydalarına əməl etmək lazımdır.

Bizim.Media məktəblərdə qorunmaq üçün 15 əsas qaydanı təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Bir uşağı məktəbə yollamaq neçəyə başa gəlir? – QİYMƏTLƏR 


1. Məktəblərdə sosial məsafəyə diqqət edilməli və buna uyğun partalararası məsafə təşkil edilməlidir; 

2. Uşaqların sinifdə oturma şəkli hər zaman eyni olmalıdır 

3. Məktəbdəki fəaliyyətlər mümkün qədər açıq havada olmalıdır 

4. Təhsil mərkəzlərində havalandırma sistemi olmalı, maskadan istifadə edilməlidir 

5. Dərs və yeməkxanaların giriş-çıxışlarında əl gigiyenasına diqqət edilməlidir 

6. Qələm, kitab kimi ləvazimatlar özəl olmalı, ortaq istifadə edilməməlidir 

7. Uşaqlar gün ərzində eyni yerdə olmalı, ortaq istifadə edilən bufet və ya siniflər havalandırılmalı, dezinfeksiya edilməlidir 

8. Xəstəlik əlamətləri olanların digər uşaqlarla təması dərhal kəsilməli və evə göndərilməlidir 

9. Məktəbin müxtəlif guşələrində gigiyena qaydaları ilə bağlı xəbərlər asılmalıdır 

10. Mümkün olduğu qədər valideynlər, müəllimlər və yaşı çatan hər kəs vaksin olunmalıdır 

11. Məktəbdə yeməkxanalarda çox adam olmaması üçün tədbirlər görülməlidir 

12. Yemək alarkən məsafə və əl gigiyenası qorunmalıdr 

13. Qonaq və ya valideynlər lazım olmadıqca məktəbə girməməlidirlər 

14. Məktəbin servis avtobuslarında oturma şəklinə, sosial məsafəyə və maska istifadəsində diqqətli olmaq lazımdır 

15. Valideynlər arasında əlamətləri olan uşaqları məktəbə göndərməməlidirlər. Valideynlər bu mövzuda diqqətli olmalıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO