"Qaçqınkom" məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlayır - VİDEO

Hazırda oxunan: "Qaçqınkom" məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlayır - VİDEO

35238

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları barədə videoçarxlar hazırlayır.

Bu barədə Bizim.Media-ya Dövlət Komitəsindən məlumat verilib.

Bu dəfəki videoçarxda Laçın rayon sakini Azər Rəsulov və Ağdam rayon sakini Nicat Cəlilov danışır.

"Vətən həsrəti bitən həmvətənlərimiz, xüsusən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz sərkərdəliyi və siyasi-diplomatik fəaliyyəti nəticəsində işğalçı Ermənistanın döyüşsüz tərk etməyə məcbur olduğu Ağdam, Kəlbəcər və Laçın rayonlarının sakinlərinin möhtəşəm Zəfər haqqında fikir və düşüncələrini, Qələbə duyğularını bölüşürlər",- məlumatda bildirilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO