Sədr müavininin itkin düşən qızı və qardaşı oğlu tapılıb - YENİLƏNİB

Sədr müavininin itkin düşən qızı və qardaşı oğlu tapılıb - YENİLƏNİB

Hazırda oxunan: Sədr müavininin itkin düşən qızı və qardaşı oğlu tapılıb - YENİLƏNİB

35164

“Ümid” partiyasının sədr müavini Tamilla Qulaminin itkin düşən qızı və qardaşı oğlu tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə T.Qulami bildirib.

Sədr müavininin sürücüsü zəng edərək uşaqların tapıldığını deyib və hazırda onları götürməyə gedirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, 15 yaşlı Aişə Məmmədli və 12 yaşlı Famil Qulaminin yeri müəyyən olunub və ailələrinə təhvil veriləcək.

Ehsan Zahidov qeyd edib ki, polis partiya mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara eyni münasibətdədir:

"Uşaqların yoxa çıxması ilə bağlı polisə məlumat daxil olan kimi onların tapılması istiqamətində axtarış tədbirləri başlayıb. Tez bir zamanda uşaqların yeri müəyyənləşdirilib".

***

Daxili İşlər Nazirliyi "Ümid" partiyasının sədr müavini Tamilla Qulaminin qızı və qardaşı oğlu yoxa çıxması ilə bağlı açıqlama verib.

Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirilib ki, Tamilla Qulaminin 15 yaşlı qızı Aişə Məmmədli və 12 yaşlı qardaşı oğlu Famil Qulaminin yoxa çıxması barədə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bolməsinə məlumat daxil olub. Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

***

"Ümid" partiyasının sədr müavini Tamilla Qulaminin qızı və qardaşı oğlu itkin düşüb.

Bu barədə Tamilla Qulami özü məlumat verib.

Bildirib ki, onun 15 yaşlı qızı və 12 yaşlı qardaşı oğlu bu gün saat 14:00 radələrində Elmlər Akademiyası yaxınlığında yerləşən ünvandakı evdən çıxıb və geri qayıtmayıblar.

Sözügedən şəxsləri görənlərdən yaxınlıqdaki polis bölməsinə xəbər vermələri, yaxud 055 321 02 04 nömrəsinə zəng etmələri xahiş olunur.

Qeyd edək ki, hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO