Supermarketlərə birinci doz ilə giriş qadağandır? - RƏSMİ AÇIQLAMA

Supermarketlərə birinci doz ilə giriş qadağandır? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Supermarketlərə birinci doz ilə giriş qadağandır? - RƏSMİ AÇIQLAMA

35099

Məlum olduğu kimi bu gündən etibarən qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olanlar istifadə edə bilər. 

Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli qərarında deyilir ki, ümumilikdə 40-a yaxın fəaliyyət sahəsində çalışanların ən azı 80 faizi birinci doza peyvənd olunubsa, buraxılacaq.

Amma hələ də, hər iki doz, yaxud bir doz vaksin olunanların qapalı məkanlara buraxılması mübahisə doğurur. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev Bizim.Media-ya açıqlamasında məsələyə belə aydınlıq gətirib:

“İri ticarət mərkəzləri, iaşə obyektləri, mehmanxana, bir sözlə qapalı məkanlarda fəaliyyət göstərən sahələrə daxil olan vətəndaşlardan COVİD pasportu tələb olunur. Pasport isə iki dozanın qəbulu deməkdir. Yalnız 80 faiz işçi heyəti bu gündən birinci doz, oktyabrın 1-dən isə ikinci doz ilə buraxılacaq”.
 

MÖVZU İLƏ BAĞLI:

Polis COVID-19 pasportu olmayanları cərimələyəcək? - VİDEO


Elşad Hacıyevin sözlərinə görə peyvənd pasportu tələbi yalnız qapalı məkanlara aiddir. Açıq havada fəaliyyət göstərən kafe və restoranlara aid  deyil. Belə ki, açıq havada olan kafe-restoranlardan rahatlıqla istifadə etmək mümkün olacaq. 

Qeyd edək ki, ictimai nəqliyyat, tibb müəssisələri, gözəllik salonları, həmçinin iri ticarət mərkəzi olmayan kiçik mağazaların xidmətlərindən istifadə etmək üçün COVID-19 pasportu tələb olunmur.

Xatırladaq ki, İnzibati Xətalar Məcəllənin 211-ci maddəsi əsas tutularaq, karantin rejimlərinin pozulmasına görə fiziki şəxsləri 200 manatdan 400 manatadək, vəzifəli şəxsləri isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə gözləyir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO