"Azərbaycan Televiziya və Radio Verilişləri" AzTV) Qapalı Səhmdar Cəmiyyətində (QSC) növbəti kadr islahatları olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, televiziyanın İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Sərvər Bayramov tutduğu vəzifəsindən azad edilib.
Onun yerinə isə tanınmış politoloq Tofiq Abbasov təyin olunub.
MÖVZU İLƏ BAĞLI:
AZTV sədri tənqidlərə cavab verdi: ''Faktı bizdən eşitmək istəyirsinizsə...''
Mənbənin bildirdiyinə görə, islahat dalğası bununla da bitməyib. Televiziyanın Maliyyə və mühasibat uçotu departamentinin rəisi Niyaməddin Quliyev tutduğu vəzifəsindən azad edilib.
Bundan başqa məlumata görə, İnformasiya Proqramları Baş studiyasının direktoru Mehriban Məmmədovanın isə səlahiyyətləri azaldılıb, bir çox verilişlər başqa departamentə ötürülüb.
Xatırladaq ki, bir gün əvvəl isə Baş proqram direktoru İlham Alışanov da vəzifəsindən uzaqlaşdırılıb. O, bundan sonra televiziyada bədii komisiyaya rəhbərlik edəcək.
Bizim.Media