ATBA-nın 1 İLİ: “Xarici blogerləri Qarabağa gətirəcəyik” - FOTO

ATBA-nın 1 İLİ: “Xarici blogerləri Qarabağa gətirəcəyik” - FOTO

Hazırda oxunan: ATBA-nın 1 İLİ: “Xarici blogerləri Qarabağa gətirəcəyik” - FOTO

35096

Avqustun 31-də Azərbaycan Turizm Blogerləri Assosiasiyası (ATBA) 1 yaşını qeyd edib. Bu münasibətlə təşkil olunan gecədə cəmiyyətin bir çox simaları, turizm blogerləri, o cümlədən rəsmi nümayəndələr də iştirak edib. 

Gecədə açılış nitqi ilə çıxış edən Assosiasiyanın sədri Azər Qərib bir il ərzində ATBA-nın Azərbaycanda turizmin inkişafı üçün həyata keçirdiyi layihələr barədə qısa məlumat verib.

Bizim.Media olaraq ATBA-nın sədri ilə biz də həmsöhbət olduq. Azər Qərib qısa olaraq bir il ərzində assosiasiyasının həyata keçirdiyi layihələrdən söz açıb.
 

“ATBA bu bir il ərzində daxili turzimin inkişafına dəstək vermək üçün müəyyən işlər görüb. Biz Dövlət Turizm Agentliyi ilə birlikdə xarici bloqerlərin Azərbaycana səfərini təşkil etdik.


Azərbaycan Hava Yollarının dəstəyi ilə müəyyən layihələr həyata keçirdik. Xarici səfərlərin təxirə düşdüyü pandemiya müddətindən səmərəli istifadə edib insanlara Azərbaycanın tanınmayan ərazilərini insanlar arasında təbliğ etdik. Bu yolda assosiasiya dövlət tərəfindən də böyük dəstək görür. Bu yolda hədəflərimiz böyükdü”. 

ATBA-nın rəhbəri Qarabağın turizm potensialından, onun tanınması istiqamətində görülən işlərdən də danışıb.
 

“Biz Qarabağın turizm potensialnı dünyaya göstərmək üçün yeni-yeni layihələr hazırlayırıq. İlk əvvəl planımızda Qarabağı tanıtmaq üçün xarici bloqerlərin bu bölgəyə səfərini təşkil etmək istəyirik. Əfsuslar olsun ki, bu işimiz Qarabağ ərazisində olan  mina porbleminə görə ləngiyir. 


Bildiyimiz kimi Qarabağın böyük bir hissəsi minalanıb. Ona görə də oranın turizm potensialı haqqında danışmaq hələ bir qədər tezdir. Ancaq Şuşa artıq sürətlə inkişaf edir, biz də oranın dünyavi bir turizm mərkəzinə çevrilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO