Sentyabrın 2-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 749 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq. Cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
Sentyabrın 02-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında:
Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:51 / 01.09.2021
Sabah dağlıq ərazilərdə şimşək çaxacaq - yağış yağacaq
Hazırda oxunan: Sabah dağlıq ərazilərdə şimşək çaxacaq - yağış yağacaq
Hazırda oxunan: Sabah dağlıq ərazilərdə şimşək çaxacaq - yağış yağacaq
35093
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.