Hacıqabulda yol qəzası: 1 ölü, 6 yaralı var

Hacıqabulda yol qəzası: 1 ölü, 6 yaralı var

Hazırda oxunan: Hacıqabulda yol qəzası: 1 ölü, 6 yaralı var

34920

Hacıqabul-Horadiz yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, iki "Mercedes" markalı avtomobil toqquşub.  Nəticədə bir nəfər ölüb, 6 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzada xəsarət alan sərnişinlərdən biri - Saatlı sakini, 1959-cu il təvəllüdlü Ağayev Güləhməd Xanaəhməd oğlu xəstəxanaya çatdırılarkən yolda ölüb.

Qəzada digər xəsarət alan, İmişli rayonu, Boççalılar kənd sakinləri, 1986-cı il təvəllüdlü Quliyeva Esmira Nadir qızı, 2016-cı il təvəllüdlü Bayramov Hüseyn Mövsüm oğlu, 1980-ci il təvəllüdlü Bayramov Mövsüm Camal oğlu (əməliyyata götürülüb), İmişli rayonunun Yalavac kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Hacıbala Polad oğlu və Saatı rayonunun Potubəyli kənd sakini, 1960-cı il təvəllüdlü Mikayılov Rzalı İsmayıl oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO