Sabiq Aparat rəhbəri:

Sabiq Aparat rəhbəri: "Xalq artisti Şeyx Əbdül şahidimdir"

Hazırda oxunan: Sabiq Aparat rəhbəri: "Xalq artisti Şeyx Əbdül şahidimdir"

34815

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Bizim.Media xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə R.Quliyev ötən iclasdakı ifadəsini davam etdirib.

O bildirib ki, haqqındakı ittihamlar əsassızdır:

"İttihamda heç bir sübut yoxdur. Mən heç kimdən pul almamışam. İttihamda qeyd olunan Tamella xanımı ümumiyyətlə tanımıram. Məntiqlə düşünsək, bir biznesmen 2012-ci ildən 2018-ci ilədək sənəd dalınca sürünürsə, o, necə qazanc əldə edə bilər?!

Yenə deyirəm, sözügedən tikintiyə icazə ilə bağlı mənim qarşıma sənədlər hazır vəziyyətdə, sənədin arxasında lazımı rəylər verilmiş şəkildə gəlib. Mən də imzalamışam. Onun mahiyyətini araşdırmaq vaxtım olmayıb. Sənədlər mənə o vaxtki Memarlıq və Şəhərsalma Baş İdarəsinin baş memarı Akif Abdullayev tərəfindən təqdim olunub. Hansı ki, bu insan qəbuluna gələn vətəndaşlar haqqında deyirdi ki, "qarpızı verdim, yola saldım.

BŞİH-in başçısının sərəncamı ilə mənə müavinin səlahiyyətləri həvalə olundu. Çünki bu ekstremal vəziyyət idi.

Müavin Rauf Pənahov rəhmətə getmişdi. Mən də başçının sərəncamını icra etmək məcburiyyətində idim. Həmin müddətdə mən yalnız vəfat edən müavinin elektron poçtuna gələn məktubları aidiyyatı üzrə yönləndirmişəm. Gün ərzində bəzən 5 qovluq sənədə baxmışam. Fiziki olaraq onların hamısını yoxlamaq mümkün deyildi. Fikir verin, mənim müavin səlahiyyətini icra etmək üçün nə ərizəm olub, nə əmək müqaviləm, nə də müavinin vəzifə maaşını almamışam.
 

Sözügedən ərazidə katlavan tikintisi 2013-cü ildə başlayıb. Məndən əvvəl orada görülən işlər nəticəsində həmin abidəyə ziyan dəyib. Mənim şahidim orada yaşayan xalq artisti Şeyx Əbdül və digər sakinlərdir.


Mənim sualım var. Necə olur ki, həmin ərazidə eyni statuslu başqa bir abidə sökülüb, yerində tikinti gedib. Həmin işə görə niyə cinayət işi açılmır?!".

Növbəti proses sentyabrın 6-a təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO