Bütün Qafqazın şeyxi Lənkərandadır - FOTO

Bütün Qafqazın şeyxi Lənkərandadır - FOTO

Hazırda oxunan: Bütün Qafqazın şeyxi Lənkərandadır - FOTO

34715

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Lənkəran rayonunda Şəhidlər xiyabanını ziyarət edib.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edən QMİ sədri Allahşükür Paşazadə canlarından keçən qəhrəman oğullarımızın ruhuna dualar oxuyub, xatirələrinə ehtiramını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Allahşükür Paşazadə BMT-nin tədbirində iştirak etdi - FOTO


Eyni zamanda, avqustun 28-də doğum günü olan şəhidlər Mayıl Əzizov, Emin Qurbanov və Həsənağa Abdullazadənin xatirələri anılıb, məzarları ziyarət olunaraq önünə tər güllər düzülüb, ruhlarına dualar oxunub.

Ziyarətdə Milli Məclisin deputatı Cavanşir Paşazadə, QMİ-nin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi qazı Qəni Axundzadə də iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO