Bir çoxları susuzluğunu qazlı suların köməyi ilə yatırmağa üstünlük verirlər. Yayın qızmar günlərində isə qazlı su istehlakı daha da artırır.
Amma araşdırmalar zamanı qazlı suların orqanizmə çoxsaylı ziyanlarının olduğu üzə çıxıb.
Bizim.Media onlardan bəzilərini təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
İsti havada soyuq qazlı içkilərin qəbulu ölümlə nəticələnə bilər
Qazlı sular qan təzyiqini artırır – Hər gün içilən 2 stəkan belə su hipertoniya və hətta insultla nəticələnə bilər.
Qeyd edək ki, bu iddia həm də bir qədər mübahisə doğurur. Bununla razılaşmayan digər qrup alimlər isə bildirirlər ki, həzm zamanı qazın böyük miqdarı buxarlanır.
Qazlı sular orqanizmin qocalmasını sürətləndirir – Onların tərkibində olan fosfat turşusunun birləşmələri buna səbəb olur. Fosfat nəinki qocalmanı tezləşdirir, həmçinin böyrək çatışmazlığı kimi xəstəliklərin yaranmasına səbəb olur.
Ekspertlər qazlı - şəkərli içkiləri daha ziyanlı hesab edir. “Coca-cola” tipli içkilərin bir stəkanında günlük normanın 100 qatı – təxminən 10 çay qaşığı miqdarında şəkərin olduğu məlim olub.
Bəs, onları qəbul edərkən niyə ürəkbulanması yaranmır? - içkinin tərkinbində olan fosfor bunun qarşısını alır.
Qazlı suyu mütəmadi qəbul edən zaman sümüklər zəifləyir. İfrat istifadə mədə xorasına səbəb olur.
Tərkibindəki kofein xoş əhval-ruhiyyə yaratsa da, bu bir qədər sonra yorğunluğa, yuxusuzluğa və gərginliyə səbəb olacaq.
Hətta müalicəvi təsirə malik qazlaşdırılmış sulardan da həkimin tövsiyyəsi ilə istifadə etmək məsləhət görülür. Qeyd olunur ki, bu cür sulardan istifadə də xroniki xəstəliklərə səbəb olur. Ümumiyyətlə müxtəlif sahənin ekspertləri adi suyun qəbulunu daha məqsədəuyğun hesab edirlər.
Xatirə, Bizim.Media