Mehriban Əliyeva onu təbrik edənlərə təşəkkür etdi

Mehriban Əliyeva onu təbrik edənlərə təşəkkür etdi

Hazırda oxunan: Mehriban Əliyeva onu təbrik edənlərə təşəkkür etdi

34507

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva doğum günü münasibətilə onu təbrik edənlərə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bu barədə Mehriban Əliyeva “İnstagram” hesabında paylaşım edib. Paylaşımda deyilir:
 

MÖVZU İLƏ BAĞLI:

Mehriban Əliyeva haqqında sənədli film çəkildi - VİDEO


“Hörmətli bacılar və qardaşlar! 

Əziz dostlar! 

Ad günüm münasibətilə təbriklərə, gözəl və xoş arzulara görə sizə səmimi-qəlbdən təşəkkür edirəm. Sizin diqqətiniz, qayğı və dəstəyiniz mənim üçün çox dəyərlidir. Sevginizə, səmimiyyətinizə, hörmətinizə və inamınıza görə çox sağ olun. Dərindən hiss etdiyim, məni ilhamlandıran və hər zaman mənə kömək olan qəlblərinizin istisini mənə bəxş etdiyiniz üçün hər birinizə minnətdaram.

Ulu Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm. Qoy Uca Allah Azərbaycan xalqını və bizim doğma Vətənimizi qorusun! 

Sevgilərlə, Sizin MEHRİBAN”

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO