Bank kartlarından pullar necə OĞURLANIR? – Qorunmaq üçün BUNU edin - VİDEO

Bank kartlarından pullar necə OĞURLANIR? – Qorunmaq üçün BUNU edin - VİDEO

Hazırda oxunan: Bank kartlarından pullar necə OĞURLANIR? – Qorunmaq üçün BUNU edin - VİDEO

34345

Son vaxtlar vətəndaşların internet üzərindən bank kartlarındakı pullarının oğurlanması ilə bağlı şikayətləri çoxalıb. Problemin mövcudluğu və geniş yayılması bəzi xoşagəlməz iddiaları da ortaya çıxarıb. İddialara görə bank kartlarındakı məlumatların üçüncü şəxsə ötürülməsində elə cavabdeh bankın özünün rolu olur. Sadə dildə desək, üçüncü şəxsə məlumatlar bank daxilindən sızdırılır və fırıldaqçılıq oyunu qurulur. Sosial şəbəkələrdə yayılan son videogörüntüyə görə müştəriyə bank tərəfindən zəng olunur, məlumatları barədə soruşulur və müştərinin kart balansında olan məbləğ öyrənilir.

Beləliklə fırıldaqçıların kartdakı məlumatları ələ keçirməsi üçün əlçatanlıq yaranır. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu il Azərbaycan iqtisadiyyatına 7,5 milyard investiya qoyulub - DETALLAR


Maraqlıdır ki, bu hal daha çox Kapital Banka məxsus kartlarda baş verir. Kapital Bank-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Bizim.Media-ya açıqlamasında müştərilər tərəfindən kart məlumatlarının 3-cü şəxsə verilməsi hallarının hər zaman və hazırda da mövcud olduğunu deyir:

“Banka belə bir müraciət olduqda təbii ki, biz kartın sahibinə pulun silindiyi platforma və əməliyyatlar barədə məlumat təqdim edirik. Bundan başqa Kapital Bank mütəmadi olaraq mətbuatda, sosial şəbəkələrdə ödəniş kartlarından təhlükəsiz istifadə barədə məlumatlandırıcı xəbərlər paylaşır, cəmiyyətdə maarifləndirmə tədbirləri keçirir, həmçinin kiber-cihayətkarlarla üzləşməmək üçün təhlükəsizlik qaydalarına riayət etmək barədə SMS-bildirişlər göndərir.

Saytınız vasitəsilə bir daha əhaliyə müraciət edərək bildirmək istərdik ki, kart məlumatlarını paylaşmasınlar, şübhə doğuran əməliyyatları həyata keçirməsinlər”.


Kart məlumatlarının üçüncü şəxsə elə bank tərəfindən sızdırılması məsələsinə gəlincə, Pərviz Sədrəddinov bunun mümkünsüzlüyünü bidirir:

“Belə bir şey mümkün deyil. Ən azı bank sirri və müştəri məlumatlarının konfedensiallığı var. Daxilə şöbələr var ki, sırf bu işlə məşğuldurlar. Müştərilər rastlaşdıqları ayrı-ayrı fırıldaqçılıqlarla bağlı məəlumatları bizə göndərirlər. Yaxud sosial şəbəkələrdə yazırlar, biz isə araşdırıb cavabını veririk. Bank istənilən məlumatı yalnız kart sahibinin özünə verir və hər zaman da bu, belə olub. Üçüncü şəxsə, hətta kart sahibinin qohumuna belə məlumatların verilməsi mümkün olan bir şey deyil”.

Beynəlxalq Bankın mətbuat katibi Yadigar Cəfərli isə sözügedən bank kartından istifadə edən müştərilərə 3 D Secure tətbiqindən yararlanmağı tövsiyə edib:
 

“Bu tətbiq onlayn alış-veriş səhifələrində dələduzluq əməliyyatlarının keçirilmə risklərini minimuma endirir.


3D Secure texnologiyasına qoşulduqdan sonra, kartın üzərində olan məlumatlardan (nömrəsi, istifadə müddəti və CVV) başqa, özünüzə məxsus 3D Secure parolunu da daxil etməli olacaqsınız. Beləliklə, kartınızın məlumatlarını hər hansı kənar şəxs istifadə etmək istəsə, 3D Secure parolu bilməsə, əməliyyat keçməyəcək. 3D Secure protokolu internetdə əməliyyat aparan müştərilərin vəsaitlərini qorumaq və bankların və şirkətlərin itkilərini azaltmaq məqsədi ilə VISA International və MasterCard WorldWide beynəlxalq ödəmə sistemləri tərəfindən hazırlanıb”.

Alçina Amilqızı, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO