AZAL Füzulidə ilk iş yerləri açır - FOTO

AZAL Füzulidə ilk iş yerləri açır - FOTO

Hazırda oxunan: AZAL Füzulidə ilk iş yerləri açır - FOTO

0:00
0:00
34188

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Füzuli Beynəlxalq Hava Limanında Füzuli sakinləri üçün vakant yerlərin açıldığını elan edib.

AZAL-dan Bizim.Media-ya verilən məlumata görə, Qarabağda ilk hava limanının açılışı ərəfəsində Füzuli sakinləri Azərbaycanın mülki aviasiyası kimi maraqlı və məsuliyyətli sahədə karyeraya başlamağa dəvət olunurlar.

Məlumata görə, ixtisas seçimi müsabiqə əsasında aparılacaq.

Beləliklə, “Azəraeronaviqasiya” (AZANS) HHİ-də, eləcə də Füzuli beynəlxalq hava limanının aerodrom və aerovağzal xidmətləri üçün işçi heyətin işə qəbuluna başlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

AZAL-la bağlı İnvestisiya Holdinqə şikayət - Ölkəyə Aşağıbüdcəli aviaşirkətlər gətiriləcək


Hava limanının aerodrom və aerovağzal xidmətləri üçün açılan vakant yerlər:

- mühəndis-proqramlaşdırıcılar;

- avadanlıqların təmiri və istismarı üzrə texniklər;

- işıqtexniki avadanlıq üzrə mühəndis və elektrik mexanikləri;

- texnoloji avadanlıqların təmiri və istismarı üzrə mühəndis;

- radiorabitə üzrə texnik və mühəndislər;

- komendantlar;

- qazanxana operatoru, konveyer xətlərinin operatoru;

- havalandırma və kondisioner sistemlərinin təmiri və onlara xidmət göstərilməsi üzrə çilingər;

- təmizlik xidmətləri və s.

AZANS-da açılan vakant yerlər:

- HHİ və Brifinq dispetçerləri;

- mühəndis-sinoptik və mühəndis-meteoroloqlar;

- HHİ AS, rabitə, radionaviqasiya və radiolokasiya üzrə mühəndis və texniklər.

Vakant yerdən asılı olaraq ali, orta ixtisas, orta təhsil və ya iş təcrübəsi tələb oluna bilər. İşaxtaran şəxslərdən hüquq təhsili tələb olunmur. Daha ətraflı məlumatı “Azərbaycan Hava Yolları” QSC-yə müraciət edərək əldə edə bilərsiniz. Maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Qeyd olunub ki, AZAL Qarabağda tarixi yaşayış yerlərinə qayıdan əhalini işlə təmin edən ilk təşkilatlardan biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Füzulidə yeni hava limanı ən qısa zamanda inşa edilir. Dövlət başçısı 2021-ci ilin yanvar ayında hava limanının təməlini qoyub, sınaq uçuşlarının həyata keçirilməsi isə bu ilin sentyabr ayının əvvəlində nəzərdə tutulub. Hazırda Füzuli hava limanında tikinti işləri son mərhələsindədir, uçuşların təhlükəsizliyini, sərnişin və yük aviadaşımalarının yüksək həcmlərini təmin etmək üçün nəzərdə tutulmuş ən yeni infrastruktur obyektləri istismara verilir. Tikinti işləri sürətlə davam edir və hava limanının açılışı bu ilin sonunadək planlaşdırılır.

Bundan əlavə, dövlət başçısının tapşırığı ilə Qarabağda – Zəngilan və Laçın rayonlarında daha iki beynəlxalq hava limanının tikintisi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO