Xaçmaz rayonunda ailə faciəsi yaşanıb
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin keçmiş rəisi Əliağa Əsgərbəyli əmisi Rövşən Əlağa oğlu Əsgərbəyli tərəfindən bıçaqlanıb.
Hadisədən sonra cinayətkar özünü güllələyib.
O, hadisə yerindəcə ölüb. Hazırda onun meyiti Səhiyyə nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji anatomiya birliyinin Xaçmaz rayon şöbəsində ekspertiza edilir. Əliağa Əsgərbəyli isə yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Əliağa Əsgərbəyli avqustun 19- da Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə vəzifəsindən azad olunub.
Aytəkin Alxaslı, Xaçmaz
- A-
- A
- A+
Cəmiyyət
00:32 / 25.08.2021
Keçmiş polis rəisi bıçaqlandı, əmisi intihar etdi - SON DƏQİQƏ - ÖZƏL
Hazırda oxunan: Keçmiş polis rəisi bıçaqlandı, əmisi intihar etdi - SON DƏQİQƏ - ÖZƏL
Hazırda oxunan: Keçmiş polis rəisi bıçaqlandı, əmisi intihar etdi - SON DƏQİQƏ - ÖZƏL
34110
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.