Azərbaycanın “Tərəqqi”, “Vətən uğrunda”, “Polis veteranı” və “Dövlət qulluğunda fərqlənməyə görə” medallarının təsvirləri və ölçüləri tamamilə dəyişdirilir.
Milli
Məclisdən Moderator.az-a verilən məlumata görə, bununla bağlı “Azərbaycan
Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi
haqqında”, “Azərbaycan Respublikasının “Vətən uğrunda” medalının təsvirinin təsdiq
edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Polis veteranı” medalının
Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan
Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” medalının Əsasnaməsinin və
təsvirinin təsdiq edilməsi haqqında” qanunlara dəyişikliklər müzakirəyə
çıxarılacaq.
Layihələrə
əsasən, ordenlərin bütün təsvirlərində və ölçülərində dəyişikliklər edilir,
eyni zamanda yeni əlavə lövhələr, simvollar bərkidilir. Təsvirlərdə yeniliklər
olacaq. Medallarda nömrə ilə yanaşı, seriyaları da yer alacaq. Layihələr Milli
Məclisin plenar iclasına tövsiyə olunub və bu sessiya müzakirəyə çıxarılacaq.





























































































