Gizli aparılan 114 qram qızıl aşkarlandı

Gizli aparılan 114 qram qızıl aşkarlandı

Hazırda oxunan: Gizli aparılan 114 qram qızıl aşkarlandı

34066

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz olaraq keçirmə cəhdinin qarşısını alıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 

HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı "Qırmızı Kanal"a keçərkən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Sürücü gömrükçüləri aldatmaq istədi, amma... - FOTO


Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus qəhvəyi rəngli çamadanın və qara rəngli baqajın içərisində gömrük nəzarətindən gizlədilən 4 ədəd sırğa-üzük dəsti, 1 ədəd sırğa-üzük-klon dəsti və 1 ədəd qolbaq aşkar edilib. 

Aşkar edilən predmetlər qızıldan hazırlanan, ümumi çəkisi 114 qram olan zərgərlik məmulatlarıdır. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO