Alim Qasımovdan oğru kürəkəni ilə bağlı AÇIQLAMA

Alim Qasımovdan oğru kürəkəni ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Alim Qasımovdan oğru kürəkəni ilə bağlı AÇIQLAMA

34039

Mətbuatda yayılan məlumata görə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq artisti Alim Qasımovun evindən oğurluq etməkdə ittiham olunan kürəkəni Elnur Mövlanovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan ifaçı bu barədə fikir bildirməyəcəyini söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Alim Qasımovun kürəkəni həbs edildi - SƏBƏB


“Mən bu barədə danışmaq istəmirəm. Xahiş edirəm, bu barədə sualları xəbəri gündəmə gətirən insanlara ünvanlayın, qoyun onlar cavablasın. Təşəkkür edirəm, hamıya uğurlar”.

Qeyd edək ki, növbəti məhkəmə prosesi sentyabrın 30-u keçiriləcək.

Xatırladaq ki, Elnur Mövlanov Əməkdar artist Fərqanə Qasımovanın həyat yoldaşı olub. Cütlük bir neçə il bundan əvvəl yollarını ayırıb. Onların bu nigahdan 4 övladı var. İddialara görə, keçmiş kürəkən Xalq artistinin evindən onun qızı Fərqanə Qasımovaya və xanımına aid olan külli-miqdarda zinət əşyaları oğurlayıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO