“Əks göstəriş sertifikatı” allergiya xəstələrinə VERİLMİR – Səhiyyə Nazirliyi AÇIQLADI

“Əks göstəriş sertifikatı” allergiya xəstələrinə VERİLMİR – Səhiyyə Nazirliyi AÇIQLADI

Hazırda oxunan: “Əks göstəriş sertifikatı” allergiya xəstələrinə VERİLMİR – Səhiyyə Nazirliyi AÇIQLADI

33885

Allergik reaksiyalar COVID-19 əleyhinə peyvəndlənmənin aparılmasına əks göstəriş deyil.

Bunu Bizim.Media-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev əks göstəriş sertifikatının verilməsində yaradılan süni əngəllərlə bağlı məsələdən danışarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirus sonsuzluğa səbəb olur? – Alimlərdən YENİ İDDİA 


Onun sözlərinə görə əks göstəriş əvvəllər qəbul olunmuş digər peyvənd və ya zərdablara qarşı allergik reaksiyaların, peyvəndin tərkibinə daxil olan komponentlərə qarşı ağır anafilaktik reaksiyaların olmasıdır:

“Peyvəndlər və ya inyeksiya şəklində olan dərman preparatları ilə bağlı olmayan digər allergik reaksiyalar COVID-19 əleyhinə peyvəndlənmənin aparılmasına əks göstəriş deyil. Allergik xəstəliyin kəskinləşməsi peyvəndlənmənin aparılmasına müvəqqəti əks göstərişdir. Xəstəliyin kəskin əlamətlərini aradan qaldırmaq və remissiya dövründə peyvəndlənmək lazımdır”,-deyə nazirlik rəsmisi əlavə edib. 

Qeyd edək ki, avqustun 9-dan etibarən “əks göstəriş sertifikatı”nın verilməsinə başlanıb.
 

Bununla bağlı qaydalarda qeyd olunub ki, sertifikatı yalnız hamilə qadınlar, süd verən analar, COVID 19-a qarşı peyvəndə allergiyası və ümumiyyətlə allergiya xəstəliyindən əziyyət çəkən şəxslər əldə edə bilərlər. 


Səhiyyə Nazirliyinin məlum açıqlamasına görə isə “əks göstəriş sertifikatı”nın verilməsi allergiyalı xəstələrə deyil, yalnız peyvənd növlərinə qarşı həssaslığı olanlara aiddir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO