Yaşayış yerini tərk edən koronavirus xəstəsi evinə qaytarıldı

Yaşayış yerini tərk edən koronavirus xəstəsi evinə qaytarıldı

Hazırda oxunan: Yaşayış yerini tərk edən koronavirus xəstəsi evinə qaytarıldı

33868

Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qarabağlar kənd sakini Ruzi Allaverdiyevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO