Kapital Bankda nə baş verir? – RƏSMİ AÇIQLAMA

Kapital Bankda nə baş verir? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Kapital Bankda nə baş verir? – RƏSMİ AÇIQLAMA

33846

Şənbə günü Kapital Bankın kartlarına, o cümlədən də BirKartına ümid edərək evdən çıxan, alış-verişə gedən, kontur yükləyən, borc verən, borc qaytaran hər kəs peşiman olub. Kartların bloklanması Bankın müştərilərinin əsəblərini tarıma çəkib. Bu vəziyyətin uzun müddət davam etməsi isə durumu daha da gərginləşdirib. 

Ciddi narazılıqlar sosial şəbəkə səhifələrində işıqlandırılıb. Kapital Bankın xidmətlərinin qənaətbəxş olmadığı, hər həftənin sonu bu cür durumun yarandığı qeyd olunub. 

Kapital Bankın 196 çağrı mərkəzi, eləcə də Mərkəzi Bankın çağrı mərkəzi ilə əlaqə saxlamağın mümkün olmaması vətəndaşları daha da çıxılmaz duruma salıb. 

Durumun səbəbini araşdırdıq.
 

MÖVZU İLƏ BAĞLI:

“Kapital Bank” SÖZ VERDİ – Qazinin BORCU silinəcək - AÇIQLAMA


Problemin uzun müddət davam etdiyi sosial şəbəkə səhifələrindən bəlli olsa da, Bankın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov Bizim.Media-ya açıqlamasında onu “qısamüddətli” adlandırdı: 

“Yenilənmələr gedirdi, ona görə də qısamüddətli problem yaranmışdı. Sistemlə bağlı bankdaxili prafilaktik işlər görülürdü. Amma problem elə həmin gün də aradan qaldırılıb, kartlar hamısı artıq işlək vəziyyətdədir. Ödənişlərlə bağlı məhdudiyyətlər yoxdur. Bu barədə həm müştərilərə şəxsən, həm də sosial mediya vasitəsilə məlumat göndərilib”.

Xatirə Nəsirli, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO