Vilayət Eyvazov nardaranlılarla görüşdü - “Silahları təhvil verin”

Vilayət Eyvazov nardaranlılarla görüşdü - “Silahları təhvil verin”

Hazırda oxunan: Vilayət Eyvazov nardaranlılarla görüşdü - “Silahları təhvil verin”

3384

Bu gün günorta saatlarında Nardarana gələn Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov qəsəbə sakinləri ilə görüşüb.

V.Eyvazov qəsəbə sakinləri ilə görüşdə onlarda olan qanunsuz silah və sursatı könüllü olaraq təhvil verməyi tələb edib.

Qeyd edək ki, bu gün saat 8:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.

Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Trend.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO