COVID-19 xəstəsinə cinayət işi açıldı - FOTO 

COVID-19 xəstəsinə cinayət işi açıldı - FOTO 

Hazırda oxunan: COVID-19 xəstəsinə cinayət işi açıldı - FOTO 

33677

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. 

Bizim.Media xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayon sakini T.Məmmədov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. 

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO