Düşmənin 1 generalını, 40 zabitini məhv edən

Düşmənin 1 generalını, 40 zabitini məhv edən "Allahsız canavar" - FOTO

Hazırda oxunan: Düşmənin 1 generalını, 40 zabitini məhv edən "Allahsız canavar" - FOTO

33636

Vətən müharibəsində canını fəda edərək Xalqımıza Qələbə yaşadan cəsarətli Oğullarımızdan biri də Xüsusi Təyinatlı Qüvvələrin Giziri Elyar Vəliyevdir. 

Bizim.Media xəbər verir ki, o, Cəbrayıl, Hadrut, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarla yaddaşlarda qalıb.

Oktyabrın 17-də səngərdə oturanda qəfildən bir erməni əsgərinin qaçdığını görüblər. Elyar ayağa durub və deyib ki, “bu, mənim doğum günü sürprizimdir”.

Həmin erməni əsgərin dalınca qaçıb. Bir az keçəndən sonra görüblər ki, üstü qanlı, əlində bıçaq və ratsiya ilə geri qayıdıb. Elyar Cəbrayıl döyüşləri zamanı 40 tapança təhvil vermişdi. Sıravi əsgərdə tapança olmur. Bu, o deməkdir ki, 40 zabiti öldürüb. Bir videosu var. Sonuncu döyüşündən əvvəl çəkilib. Orada deyir ki, ''erməni öldürməyəndə narahat oluram, gərək erməni öldürəm ki, əlimin gicişməsi dayansın''.
 

Sonuncu döyüşü oktyabrın 19-u Şuşadan 14 kilometr aralıda, Qırmızı Bazar deyilən yerdə olub. Güllələri qurtarana qədər döyüşüblər.


Elyarı müxtəlif istiqamətlərdə yaxın məsafələrə qumbara atanda ürəyindən vurublar. O, “Allahu-Əkbər” deyərək yerə yıxılıb”. Elyar son damla qanına kimi qəhrəmancasına vuruşaraq, torpaqlarımızın düşmən tapdağından azad edilməsinə nail oldu.

Bu gün onun ruhu şaddır ki, uğrunda Şəhid olduğu torpaqlarda üçrəngli şanlı Azərbaycan bayrağı qürurla dalğalanır...

Xidmət yoldaşları arasında “Allahsız canavar” ləqəbi ilə çağırılan cəsur döyüşçü ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına, “Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə" medalına layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO