Prokurorluqdan Sabirabadda üç nəfərin ölümü ilə bağlı AÇIQLAMA

Prokurorluqdan Sabirabadda üç nəfərin ölümü ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Prokurorluqdan Sabirabadda üç nəfərin ölümü ilə bağlı AÇIQLAMA

33627

Avqustun 20-i saat 23 radələrində Sabirabad rayonu, Əsgərbəyli kəndi ərazisində 3 nəfər şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Saatlı rayonu, Bəylər kənd sakini 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov 10-15 gün öncə arvadı 1976-cı il təvəllüdlü Ruhiyyə Məhərrəmovanın öz atası evinə getməsinə qəzəblənərək qeyd edilən tarixdə qaynatası 1936-cı il təvəllüdlü Əmirxan Əflatunovun rayonun Əsgərbəyli kəndində yerləşən evinə gələrək sonuncuları qoşalüləli ov tüfəngindən atəş açaraq öldürdükdən sonra həmin tüfənglə ürək nahiyəsinə atəş açaraq özünü öldürüb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO