Razi Nurullayev: “Azərbaycan Nəşriyyatı bugünkü Əfqanıstandır” - ÖZƏL

Razi Nurullayev: “Azərbaycan Nəşriyyatı bugünkü Əfqanıstandır” - ÖZƏL

Hazırda oxunan: Razi Nurullayev: “Azərbaycan Nəşriyyatı bugünkü Əfqanıstandır” - ÖZƏL

33505

“Nəşriyyat doğrudan da acınacaqlı bir vəziyyətdədir. Hər mərtəbədə üfunət, qaydasızlıq və s. var. Bu isə indi deyil, həmişə belə olub. Yəni, mən ora neçə illərdir gedirəm. Hər zaman da nəşriyyatı bu vəziyyətdə görmüşəm”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Razi Nurullayev söyləyib.

Son günlər Azərbaycan Nəşriyyatı ətrafında gedən söz-söhbətlərə münasibət bildirən deputat onu da qeyd edib ki, Azərbaycanın media, dördüncü hakimiyyətinin fiziki simasını göstərən bu binanın belə vəziyyətdə olması istənilən xarici qonaqda, ora daxil olan insanda Azərbaycan mətbuatı haqqında fikir formalaşdırar ki, Azərbaycan mətbuatı Əfqanıstandır: 
 

“Doğrudan da orada olan xaotik, biabırçı vəziyyət mənə Əfqanıstanın bugünkü vəziyyətini xatırlatdı”.


Razi Nurullayev bildirib ki, Dövlət Proqramı ilə o bina təcili təmir olunmalıdır, orada jurnalistlər üçün şərait yaradılmalıdır və Azərbaycanın əsas media qurumları o binada yerləşməlidir:

“Mətbuat Şurası da, Media Agentliyi də orada yerləşə bilər. Ora Azərbaycanın simasıdır. Ərazi də çox böyükdür deyə qəzetlər çap oluna, yeni media nümunələri yaradıla, çox işlər görülə bilər. Hər halda bununla bağlı dövlət səviyyəsində qərar qəbul olunmalıdır. “Nəşriyyatı bu hala kim salıb, niyə edib, nə olub”ları mən bilə bilmərəm. Mən müxalifət partiyasının sədriyəm, kənardan bəzi məsələləri görüb demişik, tənqid etmişik. Amma bizim sözümüzə qulaq asan oldumu? Neçə illərin problemlərinin hamısı indi bir-bir ortaya çıxmağa başlayır”.

Digər millət vəkili Etibar Əliyevsə saytımıza açıqlamasında bildirib ki, mətbuat orqanlarının iş şəraitinin yaxşılaşdırılması hamı kimi biz millət vəkillərini də maraqlandırır:
 

“Mən bu yaxınlarda orada yerləşən bir internet tv-yə dəvət olunmuşdum. O binadan dəhşətə gəldim. Antisanitariya o vəziyyətdədir ki, adam hansısa mərtəbəsində əlini yumağa da ehtiyatlanır. 


Hər halda bu barədə düşünmək vaxtı çatıb. Həmin binanın modernləşdirilməsi, binadakı otaqların qəzet və saytların oxucu səviyyəsi, tirajına görə yenidən bölgüsünə baxıla bilər. Bu isə çox ciddi təmir işlərindən sonranın işidir”.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun işğal etdiyi “Azərbaycan Nəşriyyatı''ndakı son durum - Fotosessiya


Etibar Əliyev Azərbaycanın mətbuat evinin bu günə düşməsində bir çoxlarının rolunun olmasını da qeyd edib: 

“Keçmiş KİVDF rəhbəri Vüqar Səfərlinin məhkəmə prosesi gedir və ağılasığmaz, fantastik səviyyədə korrupsiya materialları ortaya qoyulub. Əslində elə həmin vəsaitin bir hissəsinin hesabına nəşriyyatı da təmir etdirmək mümükün idi”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO