Avqustun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
ETSN-in Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Şimal-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:02 / 20.08.2021
Azərbaycanda sabaha gözlənilən hava ŞƏRAİTİ
Hazırda oxunan: Azərbaycanda sabaha gözlənilən hava ŞƏRAİTİ
Hazırda oxunan: Azərbaycanda sabaha gözlənilən hava ŞƏRAİTİ
33496
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.