Bu gün 760 abituriyent jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı verəcək

Bu gün 760 abituriyent jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı verəcək

Hazırda oxunan: Bu gün 760 abituriyent jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı verəcək

33302

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 19-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

DİM-dən Bizim.Media-ya bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.
 

MÖVZU İLƏ BAĞLI:

Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlandı


Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq imtahanlarda ümumilikdə 760 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO